https://news.day.az/azerinews/1652612.html Türkiyənin Gürcüstana hazır geyim məhsulları ixracı 25 milyon dolları ötüb 2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Gürcüstana hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,2 faiz azalaraq, 26,2 milyon dollara bərabər olub. Day.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Türkiyənin Gürcüstana hazır geyim məhsulları ixracı 25 milyon dolları ötüb

Azərbaycanca, 17 апреля 2024 09:47 (UTC +04:00) 1 710
Türkiyənin Gürcüstana hazır geyim məhsulları ixracı 25 milyon dolları ötüb

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Gürcüstana hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,2 faiz azalaraq, 26,2 milyon dollara bərabər olub.

Day.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"Bu ilin mart ayında Türkiyə Gürcüstana 9,6 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 29,6 faiz azdır", - deyə nazirlikdən vurğulanıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar- mart aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz azalaraq, 4,5 milyard dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 1,6 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 18,7 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023-mart 2024) Türkiyə 18,6 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости