https://news.day.az/azerinews/1653989.html Havaların isinməsi ilə əlaqədar... - Sahibkarların nəzərinə! - VİDEO Paytaxtın Nərimanov rayonunda taxta bazarında baş vermiş yanğın nəticəsində bir neçə sahibkara ciddi ziyan dəyib. Day.Az Xəzər TV-yə istinadən bildirir ki, onlardan birinin dedikləri isə sığorta şirkətlərinin satışa çıxarılan tikinti materiallarını sığortalamaqdan imtina etməsi məsələsini yenidən aktuallaşdırdı.

Havaların isinməsi ilə əlaqədar... - Sahibkarların nəzərinə! - VİDEO

Azərbaycanca, 22 апреля 2024 10:17 (UTC +04:00) 1 773
Havaların isinməsi ilə əlaqədar...

Paytaxtın Nərimanov rayonunda taxta bazarında baş vermiş yanğın nəticəsində bir neçə sahibkara ciddi ziyan dəyib.

Day.Az Xəzər TV-yə istinadən bildirir ki, onlardan birinin dedikləri isə sığorta şirkətlərinin satışa çıxarılan tikinti materiallarını sığortalamaqdan imtina etməsi məsələsini yenidən aktuallaşdırdı.

Sığorta eksperti İlkin İbrahimov bildirib ki, bazarlarda satışa çıxarılan tikinti materiallarının sığortası əslində mümkündür.

Ekspertin sözlərinə görə, imtina halları müəyyən tələblərlə bağlı ola bilər.

İlkin İbrahimov vurğulayıb ki, yanğın hadisələri zamanı kompensasiya almaq istəyən sahibkarlar bu sahədəki riskləri gözə alaraq, xüsusilə sənədləşmə işlərinə məsuliyyətli yanaşmalıdırlar.

O, əlavə edib ki, havaların isinməsi yanğın hadisələrinin artmasına səbəb ola bilər. Buna görə də, sahibkarlar təhlükəsizliklə bağlı tədbirləri gücləndirməlidirlər.

Ətraflı süjetdə:

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости