“GSMA M360 Eurasia 2024” konfransının ikinci günü keçirilir - FOTO
"GSMA M360 Eurasia 2024" konfransının ikinci günü keçirilir.
Day.Az xəbər verir ki, Bakıda ikinci dəfə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və "Azercell Telekom" MMC-nin baş sponsorluğu ilə keçirilir.
İkinci gün "COP29-un qurulmasında iqlim öhdəliklərinə yeni həyat nəfəsi", "Artan bağlantı ehtiyacları üçün telekommunikasiya arxitekturasındakı irəliləyişlərin araşdırılması", "Telekommunikasiya şirkətlərinin innovativ B2B əlaqə həlləri vasitəsilə sənayelər arasında rəqəmsallaşmanı və kollektiv artımı necə idarə etdiyini açıqlayır" panel müzakirələri baş tutacaq.
Tədbir çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılır.
Qeyd edək ki, bu il "GSMA M360 Eurasia 2024" konfransına Microsoft, Google, Amazon Web Services, World Bank, e& International, Beeline, Vodafone Group, Turkcell, East Telecom və digər beynəlxalq şirkətlərin rəhbər heyətindən məruzəçilər qatılıblar.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре