https://news.day.az/azerinews/1660652.html Yanvar-aprel aylarında Türkiyənin Gürcüstana hazır geyim məhsulları ixracının həcmi açıqlanıb 2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin Gürcüstana hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 faiz azalaraq, 33,6 milyon dollara çatıb. Day.Az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Yanvar-aprel aylarında Türkiyənin Gürcüstana hazır geyim məhsulları ixracının həcmi açıqlanıb

Azərbaycanca, 16 мая 2024 16:28 (UTC +04:00) 2 567
Yanvar-aprel aylarında Türkiyənin Gürcüstana hazır geyim məhsulları ixracının həcmi açıqlanıb

2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin Gürcüstana hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 faiz azalaraq, 33,6 milyon dollara çatıb.

Day.Az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"Bu ilin aprel ayında Türkiyə Gürcüstana 7,3 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 31,1 faiz azdır" - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz azalaraq, 5,8 milyard dollara bərabər olub.

Bu ilin aprel ayında Türkiyə 1,2 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 17,8 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023 -aprel 2024) Türkiyə 18,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости