Antiterror tədbirlərindən sonra sülhməramlıların fəaliyyətinə ehtiyac qalmadı

Ötən gün Müdafiə Nazirliyi Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesinin başa çatdığı barədə məlumat yayıb.

Day.Az xəbər verir ki, sülhməramlı kontingentin ölkəmizi tərk etməsini Trend-ə şərh edən hərbi ekspert Azər Bayramov bildirib ki, Rusiya sülməramlılarının ölkəmizin ərazisini tərk etməsi Azərbaycanın növbəti uğurudur.

"Azərbaycanın 2023-cü ilin sentyabrında keçirdiyi antiterror tədbirlərindən sonra Rusiya sülhməramlılarına ehtiyac qalmadığı üçün ərazimizi tərk etməsi barədə razılığa gəlinməsi müsbət addımdır. Azərbaycan son antiterror tədbirlərindən sonra Qarabağda hər hansısa üçüncü tərəfin və eyni zamanda sülhməramlıların xidmətinə ehtiyac duymadı", - hərbi ekspert əlavə edib.

Geniş videomüsahibəni təqdim edirik: