Çimərlik mövsümü açıq elan edilib

Bu gündən çimərlik mövsümü açıq elan edilib.

Xezerxeber.az xəbər verir ki, havalar isti keçdiyindən vətəndaşlar ötən günlərdən dənizə üz tuturdular. Bu gündən isə rəsmi olaraq mövsümə start verilib. İlk gün olmasına baxmayaraq çimərliklərə xeyli axın var idi.

Sakinlər isə deyir ki, hələki qiymətlər münasibdir.

Mövsümün açılmasının istirahət gününə düşməsi ən çox balacaların ürəyincədir.

Yay istirahətinin tam təhlükəsiz şəkildə keçirilməsi üçün Fövqəladə Hallar Nazirliyi vətəndaşlara müraciət edib.

O da bildirildi ki, bölgələrdə süni göllər suvarma kanalları su anbarları çimmək üçün nəzərdə tutlmadığına görə burdan istifadə həyatı təhlükə yaradır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.