https://news.day.az/azerinews/1668961.html Çimərliyə gedənlərə xəbərdarlıq - Çökəkliklər yaranıb - VİDEO Baş verən zəlzələlər Xəzərin sahil hissələrində çökəkliklər yaradıb. Day.Az xezerxeber.az-a istinadən xəbər verir ki, Hövsan qəsəbəsi ərazisində yerləşən çimərlikdə əslində çimmək tövsiyə edilmir, lakin yerli sakinlərin əksəriyyəti bu əraziyə üz tuturlar.

Çimərliyə gedənlərə xəbərdarlıq - Çökəkliklər yaranıb - VİDEO

Azərbaycanca, 18 июня 2024 11:37 (UTC +04:00) 1 807
Çimərliyə gedənlərə xəbərdarlıq

Baş verən zəlzələlər Xəzərin sahil hissələrində çökəkliklər yaradıb.

Day.Az xezerxeber.az-a istinadən xəbər verir ki, Hövsan qəsəbəsi ərazisində yerləşən çimərlikdə əslində çimmək tövsiyə edilmir, lakin yerli sakinlərin əksəriyyəti bu əraziyə üz tuturlar.

Ekspertlərin sözlərinə görə, nəzarət olmayan belə ərazilərdə çimmək batma təhlükəsini birə-beş artırır.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, aprel ayından etibarən ölkə ərazisində sahilboyu monitorinqlər keçirilir.

"Məqsəd təhlükəli ərazilərin müəyyən edilməsidir. Dalğıclar vasitəsilə sualtı müayinələr aparılır, yarğan, qəfləti dərinlik kimi təhlükələrin vaxtında aşkar edilməsi üçün işlər görülür. Hansı hissədə belə təhlükələr varsa, sualtı nişanlar qoyulur", - deyə məlumatda qeyd olunub.

Ətraflı süjetdə:

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости