https://news.day.az/azerinews/1677239.html Mənzil bazarında vəziyyət nə yerdədir? - VİDEO Çıxarışlı evlərə tələbat çoxalıb. Nəticədə evlərin qiyməti də artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin mart-iyun aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə mənzillərin orta qiyməti artıb. Yeni tikilmiş mənzillər 10.3 faiz, köhnə binalarda olanlar isə 9.2 faiz bahalaşıb.

Mənzil bazarında vəziyyət nə yerdədir? - VİDEO

Azərbaycanca, 25 июля 2024 11:37 (UTC +04:00) 1 163
Mənzil bazarında vəziyyət nə yerdədir?

Çıxarışlı evlərə tələbat çoxalıb. Nəticədə evlərin qiyməti də artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin mart-iyun aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə mənzillərin orta qiyməti artıb. Yeni tikilmiş mənzillər 10.3 faiz, köhnə binalarda olanlar isə 9.2 faiz bahalaşıb.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, əmlak eksperti Elnur Fərzəliyevin fikrincə, mənzil bazarında durğunluq olsa da, qiymətlər enmir.

Məsələn, 4 il öncə olan mənzil qiymətlərinə nisbətən hazırda evlərin bir kvadratı 500-600 manat baha təklif olunur.

Ekspert onu da əlavə etdi ki, həyət evlərində qiymət artımının səbəbi isə çıxarışlı evlərə tələbatın artmasıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости