https://news.day.az/azerinews/1678938.html IGB operatoru qaz tədarükünün mümkün azalması barədə bazara xəbərdarlıq edib Yunanlstan-Bolqarıstan interkonnektorunun (IGB) operatoru olduğu ICGB şirkəti avqustun 5-dən 9-dək planlaşdırılmış texniki xidmətlə əlaqədar qaz tədarükünün mümkün azalması barədə bazara xəbərdarlıq edib.Day.Az şirkətə istinadən xəbər verir ki, söhbət Komotini-TAP birləşməsindəki nöqtədə İCGB sisteminə daxil olan qaz axınından gedir.

IGB operatoru qaz tədarükünün mümkün azalması barədə bazara xəbərdarlıq edib

Azərbaycanca, 1 августа 2024 11:52 (UTC +04:00) 486
IGB operatoru qaz tədarükünün mümkün azalması barədə bazara xəbərdarlıq edib

Yunanlstan-Bolqarıstan interkonnektorunun (IGB) operatoru olduğu ICGB şirkəti avqustun 5-dən 9-dək planlaşdırılmış texniki xidmətlə əlaqədar qaz tədarükünün mümkün azalması barədə bazara xəbərdarlıq edib.

Day.Az şirkətə istinadən xəbər verir ki, söhbət Komotini-TAP birləşməsindəki nöqtədə İCGB sisteminə daxil olan qaz axınından gedir.

"Texniki xidmət üzrə bu işlər birləşmə nöqtələrində ICGB gücünün istifadə edilməsinə təsir edə bilər. Gözlənilən fasilələrə baxmayaraq, ICGB sistemi və onun gücü tamamilə işlək vəziyyətdə qalacaq. Texniki xidmətin cədvəlində istənilən dəyişikliklər Təcili bazar xəbərlərinin dərci yolu ilə dərhal bazarın nəzərinə çatdırılacaq", - deyə ICGB əlavə edib.

IGB-nin ümumi gücü ildə 3 milyard kubmetr təşkil edir, eyni zamanda, bunun təxminən 1 miIyard kubometri Azərbaycandan qaz tədarükü üçün uzunmüddətli əsasla 25-illik müqavilə üzrə ehtiyatda saxlanılır. Boru kəməri Bolqarıstanda qış aylarında 50 faizdən çox, yay sezonunda 80-ə qədər daxili qaz istehlakını təmin edir.

ICGB şirkəti hazırda ümumi gücün ildə 5 milyard kubmetrə qədər artırılması ilə bağlı bazarın marağını dəyərləndirir. Bu həmçinin Bolqarıstan və Yunanıstanın üçüncü ölkələrə tranzit rolunu gücləndirir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости