https://news.day.az/azerinews/1687090.html Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib - DETALLAR Fransanın bu gün təyin edilən yeni baş naziri Mişel Barnier 2021-ci ildə Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib. Day.Az xəbər verir ki, o zaman M.Barnier Fransada prezidentliyə namizəd Valeri Pekreslə birgə Azərbaycan ərazilərində erməni separatçılarının yerləşdiyi ərazilərdə olub. Səfər 2021-ci il dekabrın 21-23-də baş tutub.

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib - DETALLAR

Azərbaycanca, 5 сентября 2024 18:06 (UTC +04:00) 443
Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Fransanın bu gün təyin edilən yeni baş naziri Mişel Barnier 2021-ci ildə Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib.

Day.Az xəbər verir ki, o zaman M.Barnier Fransada prezidentliyə namizəd Valeri Pekreslə birgə Azərbaycan ərazilərində erməni separatçılarının yerləşdiyi ərazilərdə olub.

Səfər 2021-ci il dekabrın 21-23-də baş tutub. Azərbaycanın Qarabağ bölgəsinə qeyri-qanuni səfər edən M.Barnier V.Pekresin Azərbaycana qarşı bəyanatlarına şərik olub. Belə ki, Qarabağ bölgəsinə qanunsuz səfər edənlər Azərbaycandan səfirin geri çağırılmalı olduğunu və rəsmi Bakıya qarşı sanksiyaların tətbiq edilməsini təklif ediblər.

M.Barnierin bundan əvvəlki mövqeyi və hərəkətlərini nəzərə alsaq əminliklə təxmin etmək olar ki, Makron kimi antiAzərbaycan mövqeli prezidentin baş naziri olandan sonra iki ölkə arasında münasibətlər daha da aşağı səviyyəyə düşəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости