https://news.day.az/azerinews/1694243.html 5 oktyabrla bağlı məktəblərə xəbərdarlıq edildi 5 oktyabr - Müəllimlər Günü ilə bağlı məktəblərə təlimat göndərilib. Day.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq Qərarı ilə "Təhsilverənlərin etik davranış Qaydaları" təsdiq edilib.

5 oktyabrla bağlı məktəblərə xəbərdarlıq edildi

Azərbaycanca, 1 октября 2024 14:34 (UTC +04:00) 544
5 oktyabrla bağlı məktəblərə xəbərdarlıq edildi

5 oktyabr - Müəllimlər Günü ilə bağlı məktəblərə təlimat göndərilib.

Day.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq Qərarı ilə "Təhsilverənlərin etik davranış Qaydaları" təsdiq edilib. Bu Qaydaların əsas məqsədi təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasıdır: "Bununla yanaşı məqsəd təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir.

Qeyd edilənləri nəzərə alaraq, 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı Agentliyin yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssiələrinə təlimat göndərilib, müvafiq tapşırıqları verilib.

Bildiririk ki, valideynlər tərəfindən hər hansı maddi və qeyri - maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair kimi halların baş verməsi yolverilməzdir".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости