Millimiz üçün qazaxıstanlı hakimlər

Futzal üzrə Azərbaycan millisinin AVRO-2026-nın əsas mərhələsi çərçivəsində İsveç yığması ilə keçirəcəyi oyuna təyinatlar açıqlanıb.

İdman.biz xəbər verir ki, matçı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.

Görüşün birinci hakimi Aslan Qalayev, ikinci hakimi Turekhan Tursumbayev, üçüncü hakimi isə Nurlybek Kalimaganbetov olacaq. Qarşılaşma dekabrın 17-də baş tutacaq.

Qeyd edək ki, Bakı İdman Sarayındakı oyun saat 20:00-da başlayacaq.