Gürcüstan Cənubi Qafqaz ölkələrinin iştirakını nəzərdə tutan üçtərəfli əməkdaşlıq təşəbbüsü təklif edib

Gürcüstan Cənubi Qafqazın hər üç ölkəsinin iştirakını nəzərdə tutuan üçtərəfli əməkdaşlıq təşəbbüsünü təklif edir.

Day.Az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Gürcüstan və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu İclasının açılışında bildirib.

"Biz konkret praktiki addımların həyata keçirilməsində və regionda əməkdaşlığa dəstək olmaqda səmimi şəkildə maraqlıyıq. Gürcüstan tərəflərə müxtəlif istiqamətlərdə Cənubi Qafqazın hər üç ölkəsinin iştirakını nəzərdə tutuan üçtərəfli əməkdaşlıq təşəbbüsünü təklif edir", - deyə gürcüstanlı baş nazir söyləyib.

Kobaxidze qeyd edib ki, komissiyanın iclası iki ölkə arasıdna dinamik əməkdaşlığa vəsilə olacaq.

"Mən Bakıda olmaqdan böyük şərəf duyuram - o şəhər ki, hər səfər öz gözəlliyi və inkişaf templəri ilə təəcübləndirir. Mən şadam ki, mənə Azərbaycan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu İclasına ilk dəfə olaraq həmsədrlik etmək imkanı düşüb. Qəti şəkildə əminəm ki, bugünkü iclas bizim əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar üzə çıxaracaq və bizim ölkələr arasındakı strateji tərəfdaşlığı daha dinamik və daha məhsuldar edəcək.

Fürsətdən istifadə edib, Azərbaycanı BMT-nin 29-cu İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) uğurlu şəkildə keçirilməsi münasibətilə təbrik etmək istərdim. Mənə də COP-29-un işində iştirak etmək imkanının düşdüyünə şadam. Bir daha təsdiq etmək istəyirəm ki, Gürcüstan və Azərbaycan bir-birinin suvernliyini və ərazi bütövlüyünü möhkəm şəkildə dəstəkləyir və Sizə təşəkkürümü bildirmək istəyirəm", - deyə baş nazir bildirib.

Onun sözlərinə görə, regionda və dünyada sürətlə dəyişən və çətin geosiyasi şərtlərdə regional inkişaf və dayanıqlı rifah baxımından sülh və sabitlik daha böyük önəm kəsb etməyə başlayır.

"Əminəm ki, birgə səylərimizin sayəsində biz təkcə bu çağırışların öhdəsindən gəlməyəcək, həm də daha məhsuldar əməkdaşlıq üçün mövcud imkanlardan maksimum səmərəli şəkildə istifadə edəcəyik. Biz konkret praktiki addımların həyata keçirilməsində və regionda əməkdaşlığa vasitləçilikdə səmimi şəkildə maraqlıyıq. Gürcüstan tərəflərə müxtəlif istiqamətlərdə Cənubi Qafqazın hər üç ölkəsinin iştirakını nəzərdə tutuan üçtərəfli əməkdaşlıq təşəbbüsünü təklif edir", - deyə baş nazir bildirib.