https://news.day.az/azerinews/1724680.html Həzi Aslanovun 115 illik yubileyi haqqında virtual sərgi hazırlanıb - VİDEO General, Sovet İttifaqı Milli Qərhəmani Həzi Aslanovun 115 illik yubileyi haqqında virtual sərgi hazırlanıb. Day.Az xəbər verir ki, sərgi dramaturq Cəfər Cabbarli adına Respublika Gənclər Kitabxanası tərəfindən hazırlanıb. Virtual sərgidə generalın həyatı və döyüş yolunu əks etdirən məqamlar öz əksini tapıb.

Həzi Aslanovun 115 illik yubileyi haqqında virtual sərgi hazırlanıb - VİDEO

Azərbaycanca, 22 января 2025 16:01 (UTC +04:00) 575
Həzi Aslanovun 115 illik yubileyi haqqında virtual sərgi hazırlanıb

General Həzi Aslanovun 115 illik yubileyi haqqında virtual sərgi hazırlanıb.

Day.Az xəbər verir ki, virtual sərgi C.Cabbarlı adına Respublika Gənclər Kitabxanıasının rəsmi "YouTube" səhifəsində yerləşdirilib.

Qeyd edək ki, Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. Erkən yaşda atasını itirən Həzi, atasının çalışdığı zavodda işləməyə başlayıb. Uzun zaman sonra hərbi hazırlıq məktəbinə göndərilib və o məktəbin məktəb rota qəzetinin redaktoru olub.

Daha sonra 8-ci çağırış Bakı Sovetinin üzvü seçilib. 1929-cu ildə Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sonra Kotovski adına 3-cü Bessarabiya süvari diviziyasına vzvod komandiri təyin olunub. Müəyyən zaman çərçivələrində bir çox diviziyalarda komandir və ya komandirin texniki hissə üzrə köməkçisi, hərbi vəzifələrində çalışıb. Həzi Aslanova 1939-cu ildə kapitan, 1940-cı ilin noyabrında isə vaxtından əvvəl mayor rütbəsi verilib.

Böyük Vətən Müharibəsi başlananda Həzi Aslanov Ukraynada Lvov vilayətində xidmət edirdi. 1941-ci ildə alman zirehli qoşunları ilə Həzi Aslanovun batalyonu qeyri-bərabər döyüşə girir. Döyüş zamanı yaralanaraq vəfat edir. Həzi Aslanov Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

Həzi Aslanov Böyük Vətən Müharibəsi dövründə göstərdiyi şəxsi igidliyinə görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni kavaleri və medallarla təltif olunmuşdur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости