Regionlarda xidmət sektoru üzrə yeni sahibkarlıq obyektləri yaradılıb - FOTO
Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Quba rayonunda sahibkar tərəfindən psixologiya mərkəzləri açılıb. Mərkəzlərin yaradılmasına Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dövlət dəstəyi göstərilib. Belə ki, Agentlik tərəfindən müvafiq sahədə biznesin qurulması və inkişaf etdirilməsi üzrə sahibkara məsləhət xidməti, dövlət qurumları ilə əlaqələndirmə istiqamətlərində dəstək təmin olunub.
Mərkəzlərdə psixoloji yardım, xüsusi qayğıya ehtiyacı olan uşaqların əqli inkişafına dəstək və ailə terapiyası ilə bağlı xidmətlər göstərilir. Ümumilikdə bu mərkəzlərdə 70-dən çox işçi çalışır. Gələcəkdə işçilərin sayının artırılması nəzərdə tutulur. Sahibkar digər bölgələrdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə də fəaliyyətini genişləndirməyi planlaşdırır. Belə mərkəzlər xüsusilə bölgələrdə vətəndaşlara göstərilən xidmət səviyyəsinin yaxşılaşdırılmasına və məşğulluğun təmin olunmasına öz töhfəsini verəcəkdir.
Bölgələrdə xidmət sektoru üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, bu sahədə mövcud biznesini inkişaf etdirmək istəyən sahibkarlar dövlət dəstəyi mexanizmləri barədə informasiya, məsləhət, əlaqələndirmə və digər dəstəklər üçün KOBİA-nın KOB dostu ofislərinə müraciət edə bilərlər. KOB dostlarının əlaqə vasitələri ilə linkə keçid etməklə tanış olmaq olar: https://smb.gov.az/az/nav/kob-dostu
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре