https://news.day.az/azerinews/1745389.html Qeyri-sabit havanın dəmir yollarında səbəb olduğu çətinliklər aradan qaldırılıb - ADY ADY qeyri-sabit hava şəraiti ilə əlaqədar yaranan problemləri operativ şəkildə aradan qaldırıb. Bu barədə Trend-ə QSC-dən məlumat verilib.

Qeyri-sabit havanın dəmir yollarında səbəb olduğu çətinliklər aradan qaldırılıb - ADY

Azərbaycanca, 16 апреля 2025 19:20 (UTC +04:00) 615
Qeyri-sabit havanın dəmir yollarında səbəb olduğu çətinliklər aradan qaldırılıb

ADY qeyri-sabit hava şəraiti ilə əlaqədar yaranan problemləri operativ şəkildə aradan qaldırıb.

Bu barədə Trend-ə QSC-dən məlumat verilib.

Qeyd edilir ki, səhər saatlarında güclü külək və aramsız yağış səbəbindən ağacın kontakt şəbəkənin üzərinə aşması, bəzi sahələrdə su yığılması və elektrik enerjisinin kəsintisinə görə gecikmələr olsa da, ADY bütün resurslarını səfərbər edərək yaranmış çətinliklərin aradan qaldırılmasını təmin edib.

 

"Ərazilərə əlavə işçi qüvvəsi, su nasosları və müvafiq avadanlıqlar cəlb edilərək operativ tədbirlər görülüb.

Gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirən ADY-nin əməkdaşları tərəfindən bütün ərazilərə nəzarət edilir", - qurumdan vurğulanıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости