https://news.day.az/azerinews/1748499.html
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında 3 istiqamətdə anlaşma memorandumları imzalanıb
Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnologiya, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlığa dair Müştərək Komissiyanın 8-ci iclası keçirilib.

Day.Az xəbər verir ki, iclasın yekununda aşağıdakı istiqamətlər üzrə anlaşma memorandumları imzalanıb:
- Dənizçilərin sertifikatlarının qarşılıqlı tanınması;
- Bitki mühafizəsi və karantin sahəsində əməkdaşlıq;
- Kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq.
Eyni zamanda Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında Müştərək Komissiyanın 8-ci iclasının Protokolu komissiyanın həmsədrləri tərəfindən imzalanıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре