https://news.day.az/azerinews/1754547.html Küləkli hava nə vaxtadək davam edəcək? - RƏSMİ Azərbaycanda davam edən küləkli hava şəraitinin nə vaxtadək davam edəcəyi açıqlanıb. Bu barədə Day.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.

Küləkli hava nə vaxtadək davam edəcək? - RƏSMİ

Azərbaycanca, 21 мая 2025 17:25 (UTC +04:00) 440
Küləkli hava nə vaxtadək davam edəcək?

Azərbaycanda davam edən küləkli hava şəraitinin nə vaxtadək davam edəcəyi açıqlanıb.

Bu barədə Day.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 25-28 m/s, Gəncədə 18 m/s, Sabirabadda 17 m/s, Kəlbəcərdə 16 m/s, Bərdə, Biləsuvarda 15 m/s-dək güclənir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20, Aran rayonlarında 27, Naxçıvan MR-da 28, dağlıq rayonlarda isə 19 dərəcəyədək isti qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin mayın 22-dək davam edəcəyi gözlənilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости