https://news.day.az/azerinews/1759759.html 30 yaşlı kişi dərmandan zəhərlənib öldü Goranboyda zəhərlənmə faktı qeydə alınıb. Day.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib. Belə ki, kənd sakini 1995-ci il təvəllüdlü Y. İbrahimov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 30 yaşlı kişiyə yardım edilsə də onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə Y.

30 yaşlı kişi dərmandan zəhərlənib öldü

Azərbaycanca, 12 июня 2025 09:25 (UTC +04:00) 466
30 yaşlı kişi dərmandan zəhərlənib öldü

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

Day.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib.

Belə ki, kənd sakini 1995-ci il təvəllüdlü Y. İbrahimov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

30 yaşlı kişiyə yardım edilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə Y. İbrahimov mal-qaranın dezinfeksiyasında istifadə olunan "Niasitol" adlı kimyəvi maddədən zəhərlənib.

Belə ki, azyaşlı uşaq "Niasitolu" pivə bakalına töküb, Y. İbrahimov isə bilməndən onu içib.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости