https://news.day.az/azerinews/1762230.html Bu gecə metro 2-yə kimi işləyəcək Bakıda UFC döyüş gecəsinə görə metronun iş vaxtı uzadılacaq. Day.Az xəbər verir ki, iyunun 21-də Bakı Kristal Zalında keçiriləcək "UFC Fight Night" tədbiri ilə əlaqədar olaraq Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək.

Bu gecə metro 2-yə kimi işləyəcək

Azərbaycanca, 21 июня 2025 10:02 (UTC +04:00) 404
Bu gecə metro 2-yə kimi işləyəcək

Bakıda UFC döyüş gecəsinə görə metronun iş vaxtı uzadılacaq.

Day.Az xəbər verir ki, iyunun 21-də Bakı Kristal Zalında keçiriləcək "UFC Fight Night" tədbiri ilə əlaqədar olaraq Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək.

"Bakı Metropoliteni" QSC-nin yaydığı məlumata görə saat 20:00-dan 00:00-dək davam edəcək tədbirə uyğun olaraq metronun iş vaxtı iyunun 21-dən 22-nə keçən gecə 2 saat uzadılacaq.

Sərnişinlərin rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasını təmin etmək üçün bütün stansiyaların girişləri saat 00:00-dan 02:00-dək açıq qalacaq. Eyni zamanda, Bakı Kristal Zalına yaxın olan "Sahil" və "İçərişəhər" stansiyalarında əlavə təhlükəsizlik tədbirləri görüləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости