https://news.day.az/azerinews/1848326.html Bakıda otelin saunasında yanğın olub, qonaqlar təxliyə edilib - VİDEO Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən obyektdə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Bakıda otelin saunasında yanğın olub, qonaqlar təxliyə edilib - VİDEO

Azərbaycanca, 16 июля 2026 08:53 (UTC +04:00) 346
Bakıda otelin saunasında yanğın olub, qonaqlar təxliyə edilib

Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən obyektdə yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində otel kimi fəaliyyət göstərən obyektin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 300kv.m. olan saunada baş vermiş yanğın genişlənməsinə, o cümlədən otelə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində tüstülənmiş binanı tərk edə bilməyən otelin qonaqları təxliyə olunub. Xəsarət alan olmayıb.

Yanğın nəticəsində saunanın taxta konstruksiyadan ibarət buxar otağı 10kv.m. sahədə yanıb.

Saunanın böyük hissəsi və otel binası yanğından mühafizə edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости