https://news.day.az/azerinews/1848378.html Azərbaycan əhalisi 2 milyard manatlıq yanacaq alıb Bu ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 milyard 38 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb. Day.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 6 ayı ilə müqayisədə 5,2 % çoxdur.

Azərbaycan əhalisi 2 milyard manatlıq yanacaq alıb

Azərbaycanca, 16 июля 2026 12:20 (UTC +04:00) 285
Azərbaycan əhalisi 2 milyard manatlıq yanacaq alıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 milyard 38 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

Day.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 6 ayı ilə müqayisədə 5,2 % çoxdur.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 6,3 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 32,4 milyard manatlıq, o cümlədən 17,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 %, qeyri-ərzaq malları üzrə 6,5 % artıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости