Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında təhlükəsizlik tədbirləri çərçivəsində 6-sı uşaq olmaqla ümumilikdə 18 nəfər bina sakini təxliyə olunub.

Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbeşmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın şaxta boyunca elektrik naqilləri yanıb.

Xəsarət alan olmayıb.

Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.

XXX
08:56

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Day.Az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Qeyd olunub ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.