https://news.day.az/azerinews/1853323.html Qazaxıstanda vakansiyalara namizədləri süni intellekt seçəcək Qazaxıstanda iş vakansiyası üçün namizədi süni intellekt axtaracaq. Bu barədə ölkənin əmək və əhalinin sosial müdafiəsi naziri Askarbek Yertayev məlumat verib.

Qazaxıstanda vakansiyalara namizədləri süni intellekt seçəcək

Azərbaycanca, 11 августа 2026 14:27 (UTC +04:00) 257
Qazaxıstanda vakansiyalara namizədləri süni intellekt seçəcək

Qazaxıstanda iş vakansiyası üçün namizədi süni intellekt axtaracaq.

Bu barədə ölkənin əmək və əhalinin sosial müdafiəsi naziri Askarbek Yertayev məlumat verib.

Nazirin sözlərinə görə, Rəqəmsal Məşğulluq Xidməti işə ehtiyacı olan vətəndaşları müstəqil şəkildə müəyyən edəcək və onlara "eGov", "Enbek.kz" və ya "1414" nömrəsindən SMS vasitəsilə bildiriş göndərəcək.

 

Süni intellekt vətəndaşlar üçün həm öz regionlarında, həm də digər regionlarda, o cümlədən fəhlə peşələri üzrə uyğun vakansiyaları seçəcək. Sistem həmçinin təlim, ixtisasartırma və yenidən ixtisaslaşma, eləcə də köçürülmə variantlarını təklif edəcək.

İyul ayında xidmət Pavlodar vilayətində istifadəyə verilib. 39 min nəfər SMS bildiriş alıb, 962 nəfər işlə təmin olunub.

Sentyabr ayında xidmət Manqistau vilayətində tətbiq ediləcək. İlin sonunadək onun 20 bölgədə istifadəyə verilməsi planlaşdırılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости