Kurultaya seçkilərdə seçici fəallığı 37%-i ötüb
Saat 12:00-a olan məlumata görə, Qazaxıstanda Kurultaya seçkilərdə seçici fəallığı 37,05% təşkil edib.
Day.Az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb, Trend-in Astanadakı xüsusi müxbiri xəbər verir.
"Ölkə üzrə ümumilikdə saat 12:00-a 4 670 816 seçici səsvermə bülleteni alıb ki, bu da səsvermə üçün seçici siyahılarına daxil edilmiş seçicilərin 37,05%-ni təşkil edir", - MSK-dan bildirilib.
Paytaxtın, vilayətlərin və respublika əhəmiyyətli şəhərlərin ərazi seçki komissiyalarının təqdim etdiyi məlumatlara əsasən, saat 12:00-a regionlar üzrə seçici fəallığı belə olub:
-
Astana şəhəri - 35,28%;
-
Abay vilayəti - 38,51%;
-
Akmola vilayəti - 39,57%;
-
Aktöbə vilayəti - 42,53%;
-
Almatı vilayəti - 39,05%;
-
Atırau vilayəti - 35,84%;
-
Qərbi Qazaxıstan vilayəti - 35,49%;
-
Jambıl vilayəti - 35,54%;
-
Jetısu vilayəti - 47,29%;
-
Qaraqanda vilayəti - 40,56%;
-
Kostanay vilayəti - 34,72%;
-
Qızılorda vilayəti - 47,59%;
-
Manqistau vilayəti - 34,68%;
-
Pavlodar vilayəti - 35,74%;
-
Şimali Qazaxıstan vilayəti - 38,13%;
-
Türküstan vilayəti - 43,14%;
-
Ulıtau vilayəti - 34,93%;
-
Şərqi Qazaxıstan vilayəti - 41,89%;
-
Almatı şəhəri - 17,87%;
-
Şımkent şəhəri - 41,60%.
Seçicilərin səsvermə məntəqələrinə gəlməsi ilə bağlı növbəti məlumat saat 14:00-da təqdim olunacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре