“Ədalət” partiyası Qurultay seçkilərində səslərin çoxunu toplayıb
Qazaxıstan Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən, "Ədalət" partiyası Qurultay seçkilərində seçicilərin səslərinin çoxunu toplayıb.
Day.Az bu barədə Trend-ə istinadən xəbər verir.
İlkin məlumatlara görə, "Ədalət" partiyasına 6 528 948 seçici səs verib ki, bu da səsvermədə iştirak edənlərin ümumi sayının 71,17 faizini təşkil edir.
Digər partiyaların nəticələri:
"Аuıl" partiyası - 574 621 səs (6,26 faiz);
"Respublika" partiyası - 509 631 səs (5,56 faiz);
Qazaxıstan Demokratik Partiyası "Aq Jol" - 478 083 səs (5,21 faiz);
Ümumxalq Sosial-Demokrat Partiyası - 469 058 səs (5,11 faiz);
Qazaxıstan Xalq Partiyası - 285 395 səs (3,11 faiz);
"Baytak" Yaşıllar Partiyası - 97 751 səs (1,07 faiz).
Ümumilikdə seçici siyahılarına 12 623 289 vətəndaş daxil edilib. Səsvermədə 9 351 539 seçici iştirak edib.
Beləliklə, ilkin seçici fəallığı 74,08 faiz təşkil edib.
Seçkilərin yekun nəticələri Qazaxıstan qanunvericiliyinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən ediləcək.
Xatırladaq ki, avqustun 23-də Qazaxıstanda yeni birpalatalı parlament - Qurultaya seçkilər keçirilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре