https://news.day.az/azerinews/1856458.html Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırma aparılır - Baş Prokurorluq Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır. Day.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırma aparılır - Baş Prokurorluq

Azərbaycanca, 28 августа 2026 13:41 (UTC +04:00) 278
Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırma aparılır

Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.

Day.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisənin bütün hallarının, o cümlədən Ziya Muradovun ölümünün səbəbinin və başvermə şəraitinin müəyyən edilməsi istiqamətində zəruri prosessual hərəkətlər həyata keçirilir.

Əlavə olunub ki, toplanmış materialların nəticələrinə əsasən hadisəyə qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət veriləcəkdir.

Qeyd edək ki, Ziya Muradov "Qanun" nəşriyyatının tərcüməçisi olub. Nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu "Facebook" hesabında bu barədə paylaşım edib. O qeyd edib ki, Ziya Muradov avqustun 1-də Qubada 17 nəfərin iştirak etdiyi səfər zamanı dünyasını dəyişib. Hadisənin təfərrüatları barədə məlumat verilməyib. Şahbaz Xuduoğlunun sözlərinə görə, mərhumn ailəsi onun bədənində zədə izi gördüyünü bildirir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости