https://news.day.az/azerinews/1858041.html Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb Bakıda "Alufar IRONMAN 70.3 Baku" yarışı ilə əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb. Day.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Mətbuat xidməti məlumat yayıb.

Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

Azərbaycanca, 5 сентября 2026 15:04 (UTC +04:00) 229
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

Bakıda "Alufar IRONMAN 70.3 Baku" yarışı ilə əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb.

Day.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sentyabrın 5-də Bakıda keçirilmiş "Alufar IRONMAN 70.3 Baku" beynəlxalq triatlon yarışı ilə əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər nəzərdə tutulmuş vaxtdan daha əvvəl aradan qaldırılıb və yollar sürücülərin istifadəsinə verilib.

Xatırladaq ki, yarışın təhlükəsiz və mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə sentyabrın 4-dən etibarən şəhərin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Əvvəlcədən müəyyən edilmiş qrafikə əsasən, məhdudiyyətlərin sentyabrın 5-də saat 16:00-dək davam etdirilməsi nəzərdə tutulurdu.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости