https://news.day.az/azerinews/1860121.html Bakının bu küçəsi də piyadayönümlü olacaq - VİDEO Bakının mərkəzində yerləşən Məhəmməd Naxçıvani küçəsinin piyada yönümlü məkana çevrilməsi planlaşdırılır. Day.Az xəbər verir ki, layihə çərçivəsində yaşıllıqların artırılması, piyada zonalarının salınması, velosiped və mikromobillik infrastrukturlarının yaradılması nəzərdə tutulur.

Bakının bu küçəsi də piyadayönümlü olacaq - VİDEO

Azərbaycanca, 15 сентября 2026 12:01 (UTC +04:00) 302
Bakının bu küçəsi də piyadayönümlü olacaq

Bakının mərkəzində yerləşən Məhəmməd Naxçıvani küçəsinin piyada yönümlü məkana çevrilməsi planlaşdırılır.

Day.Az xəbər verir ki, layihə çərçivəsində yaşıllıqların artırılması, piyada zonalarının salınması, velosiped və mikromobillik infrastrukturlarının yaradılması nəzərdə tutulur.

Nəqliyyat eksperti Anar Əliyevin sözlərinə görə, Yasamal rayonundakı küçənin ətrafında yaşayış binaları, biznes mərkəzləri, mağaza və digər iaşə obyektləri yerləşdiyindən ərazidə gün ərzində intensiv piyada və nəqliyyat hərəkəti müşahidə olunur.

Ekspert qeyd edib ki, küçənin piyadalaşdırılması həyətlərə, qarajlara və obyektlərə giriş-çıxışın tam bağlanması demək deyil. Yenidənqurma zamanı panduslar və digər həllərlə əlçatanlığın artırılması da mümkün olacaq.

Ətraflı "Xəzər TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости