https://news.day.az/azerinews/1860193.html Qars-Dilucu dəmir yolu 2029-cu ilin sonuna doğru tamamlanacaq - Hakan Fidan Qars-Dilucu dəmir yolunun tikintisinin 2029-cu ilin sonuna doğru başa çatdırılması nəzərdə tutulur.

Qars-Dilucu dəmir yolu 2029-cu ilin sonuna doğru tamamlanacaq - Hakan Fidan

Azərbaycanca, 15 сентября 2026 14:55 (UTC +04:00) 194
Qars-Dilucu dəmir yolu 2029-cu ilin sonuna doğru tamamlanacaq

Qars-Dilucu dəmir yolunun tikintisinin 2029-cu ilin sonuna doğru başa çatdırılması nəzərdə tutulur.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda birgə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

H.Fidan bildirib ki, Azərbaycanın coğrafi mövqeyi və Türkiyə ilə münasibətləri nəzərə alındıqda, iki ölkə Orta Dəhlizin həyata keçirilməsində böyük rol oynayır.

"Bu, qlobal ticarət baxımından əhəmiyyətlidir. İkincisi, Türkiyə-Azərbaycan bağlantısının Naxçıvan üzərindən təmin edilməsi Türk dünyasının bir-birinə çıxışı baxımından da olduqca əhəmiyyətlidir", - deyə nazir bildirib.

Onun sözlərinə görə, Türk dünyasının Türkiyəyə, Anadoluya, Anadolu üzərindən Avropaya, Türkiyənin isə Xəzər üzərindən Türk dünyasına çıxışını təmin edən geniş vizyon mövcuddur.

H.Fidan qeyd edib ki, bu vizyonun mühüm hissələrindən biri Zəngəzur dəhlizidir.

"Bunun tamamlayıcı elementlərindən biri Qars-Dilucu dəmir yoludur", - deyə o vurğulayıb.

Nazirin sözlərinə görə, bu istiqamətdə son iki il ərzində danışıqlar aparılır və iki ölkə prezidentlərinin razılaşdırdığı ortaq vizyon mövcuddur.

O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı Nəqliyyat Nazirliyinə lazımi tapşırıqları verib və layihə üzrə tender prosedurları xeyli əvvəl tamamlanıb.

"Hazırda tikinti işləri davam edir. İnşallah, 2029-cu ilin sonuna doğru Qars-Dilucu dəmir yolu başa çatacaq", - deyə H.Fidan bildirib.

Xəbər yenilənəcək

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости