https://news.day.az/azerinews/1860226.html Orta Dəhliz üzrə yükdaşıma tariflərinin optimallaşdırılması müzakirə edilib Orta Dəhliz üzrə yükdaşıma tariflərinin optimallaşdırılması müzakirə edilib. Day.Az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən verilən məlumata görə, Sofiyada Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə İşçi Qrupunun iclası keçirilib.

Orta Dəhliz üzrə yükdaşıma tariflərinin optimallaşdırılması müzakirə edilib

Azərbaycanca, 15 сентября 2026 16:22 (UTC +04:00) 194
Orta Dəhliz üzrə yükdaşıma tariflərinin optimallaşdırılması müzakirə edilib

Orta Dəhliz üzrə yükdaşıma tariflərinin optimallaşdırılması müzakirə edilib.

Day.Az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən verilən məlumata görə, Sofiyada Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə İşçi Qrupunun iclası keçirilib.

İclas 14-15 sentyabr tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində baş tutub.

İşçi Qrupunun rəhbəri, ADY sədrinin müavini Nicat Quliyevin iştirak etdiyi iclasda Orta Dəhlizin cəlbediciliyinin artırılması və yük axınları üçün əlverişli şəraitin yaradılması məqsədilə konteyner daşımalarının və yükdaşıma tariflərinin optimallaşdırılması məsələləri müzakirə olunub.

Müzakirələrin yekununda dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, yükdaşımaların səmərəliliyinin artırılması, həmçinin regionda ticarət və logistikanın inkişaf etdirilməsini nəzərdə tutan protokol imzalanıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости