https://news.day.az/azerinews/1860376.html
Sumqayıtda ağır qəza: Avtomobil toqquşdu - Ölən var
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib. Day.Az NOCOMMENT-ə istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan "Mercedes" və "Kia Sorento" markalı avtomobillər toqquşub.
Sumqayıtda ağır qəza: Avtomobil toqquşdu - Ölən var
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Day.Az NOCOMMENT-ə istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan "Mercedes" və "Kia Sorento" markalı avtomobillər toqquşub.
Toqquşma nəticəsində "Mercedes"in sürücüsü, 1959-cu il təvəllüdlü Əliyev Elbrus Xəlil oğlu həyatını itirib.
Qəzada "Kia Sorento"da sərnişin kimi olan 2004-cü il təvəllüdlü Həsənli Aysel Vüqar qızı müxtəlif dərəcəli xəsarətlər alıb. O, tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре