https://news.day.az/azerinews/1860506.html Qadınlara “asan qazanc” vədi: Yumurta donorluğu elanlarının görünməyən tərəfi - VİDEO Son günlər sosial şəbəkələrdə yumurta hüceyrəsi donorluğu və daşıyıcı ana ilə bağlı ödənişli elanların sayı artıb. Bəzi şəxslər maddi ehtiyac səbəbilə bu təkliflərlə razılaşırlar.

Qadınlara “asan qazanc” vədi: Yumurta donorluğu elanlarının görünməyən tərəfi - VİDEO

Azərbaycanca, 16 сентября 2026 16:18 (UTC +04:00) 205
Qadınlara “asan qazanc” vədi:

Son günlər sosial şəbəkələrdə yumurta hüceyrəsi donorluğu və daşıyıcı ana ilə bağlı ödənişli elanların sayı artıb. Bəzi şəxslər maddi ehtiyac səbəbilə bu təkliflərlə razılaşırlar.

Day.Az xəbər verir ki, hüquqşünas Cavanşir Qasımzadənin sözlərinə görə, Azərbaycanda yumurta hüceyrəsi donorluğu ilə bağlı qanunvericilikdə konkret müddəa yoxdur və bu cür elanlarla satışın təşkili qanunvericiliklə icazə verilən fəaliyyət növlərinə aid deyil.

Həkim-ginekoloq Rəşad Sultan isə bildirir ki, tibbi prosedurlar düzgün aparıldıqda risklər çox aşağıdır, lakin tamamilə risksiz deyil. O, donor olmaq istəyən qadınlara yalnız peşəkar həkimlərlə əlaqə saxlamağı tövsiyə edir.

Ətraflı "Xəzər TV"-nin videomaterialında:

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости