Stress və yuxu pozğunluğu dərinin erkən qocalmasına səbəb ola bilər
Rusiyalı dermatoloq və kosmetoloq Darya Stepanovanın sözlərinə görə, uzunmüddətli stress zamanı kortizol səviyyəsinin yüksəlməsi dərinin elastikliyinə təsir göstərərək kollagen və elastinin parçalanmasını sürətləndirə bilər.
Day.Az xəbər verir ki, bu proses qırışların yaranmasına, dəri tonusunun azalmasına və mikrosirkulyasiyanın zəifləməsinə səbəb ola bilər.
Həkim həmçinin yuxu rejiminin pozulmasının kortizol ifrazına təsir etdiyini və dəridəki problemləri artıra biləcəyini bildirib. Onun sözlərinə görə, smartfon və digər qadcetlərdən uzun müddət istifadə, xüsusilə gecə saatlarında, yuxu rejiminə mənfi təsir göstərən amillərdən biri ola bilər.
Mütəxəssis erkən dəri qocalması riskini azaltmaq üçün qadcetlərdən istifadəyə fasilələr verməyi, normal yuxu rejimini qorumağı və stressi azaltmağa çalışmağı tövsiyə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре