https://news.day.az/azerinews/1860552.html Hamiləlikdə “iki nəfərlik yemək” məcburiyyəti yoxdur Hamiləlik zamanı "iki nəfər üçün yeməlisən" yanaşması elmi əsasını itirib. Mama-ginekoloq Ruidə İsayeva bildirib ki, əsas məqsəd qida miqdarını deyil, keyfiyyətini və balansını düzgün qurmaqdır.

Hamiləlikdə “iki nəfərlik yemək” məcburiyyəti yoxdur

Azərbaycanca, 17 сентября 2026 01:38 (UTC +04:00) 315
Hamiləlikdə “iki nəfərlik yemək” məcburiyyəti yoxdur

Hamiləlik zamanı "iki nəfər üçün yeməlisən" yanaşması elmi əsasını itirib. Mama-ginekoloq Ruidə İsayeva bildirib ki, əsas məqsəd qida miqdarını deyil, keyfiyyətini və balansını düzgün qurmaqdır. İlk trimestrdə enerji tələbatı ciddi dəyişmir, ikinci və üçüncü trimestrlərdə isə gündəlik rasiona təxminən 300-450 kilokalori əlavə etmək kifayətdir.

Day.Az xəbər verir ki, hamiləlik dövründə zülalla zəngin qidalar, mürəkkəb karbohidratlar və sağlam yağlara üstünlük verilməsi tövsiyə olunur.

Yağsız ət, balıq, yumurta, paxlalılar, qarabaşaq, yulaf, tam buğda çörəyi, tərəvəzlər, zeytun yağı, çərəzlər və avokado rasionda yer ala bilər. Balıq həftədə 1-2 dəfə qəbul edilə bilər, lakin civəsi yüksək balıqlardan uzaq durmaq məsləhətdir.

Fol turşusu, dəmir, D vitamini, kalsium, yod və omeqa-3 yağ turşuları hamiləlikdə mühüm qida maddələridir. Fol turşusunun adətən hamiləlikdən əvvəl və ilk 12 həftə ərzində qəbulu tövsiyə olunur. Dəmir və digər preparatlar isə analizlər və həkim məsləhəti əsasında qəbul edilməlidir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости