Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - VİDEO
Marketdə qadının döyülməsi ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma başlanılıb.
Milli.Az-ın məlumatına görə, hazırda hadisənin digər təfərrüatı müəyyənləşdirilir.
----------
İllərdir həyat yoldaşının fiziki və psixoloji zorakılığına məruz qalan 3 uşaq anası növbəti dəfə ağır şiddətə məruz qalıb. Hadisə ictimai yerdə - marketdə, insanların və qadının azyaşlı övladlarının gözü qarşısında baş verib.
Day.Az xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşım edib.
Sığınacaqdan verilən məlumata görə, zərərçəkənin övladlarından biri autizm spektrli pozuntudan əziyyət çəkir. Hadisənin bu azyaşlı uşağın gözləri önündə baş verməsi onun psixoloji vəziyyətini daha da ağırlaşdırıb.
"Hazırda qadının həyatının təhlükədə olduğu bildirilir. Ən narahatedici məqam isə şiddət göstərən şəxsin hələ də sərbəst şəkildə dolaşmasıdır.
Bu qadın və 3 övladı üçün təhlükəsizliyin təmin olunması çox vacibdir. Belə hallarda susmaq və göz yummaq daha böyük faciələrə səbəb ola bilər.
Ümid edirik ki, aidiyyəti qurumlar məsələyə təxirəsalınmaz şəkildə müdaxilə edəcək və qadının və övladlarının təhlükəsizliyi təmin olunacaq." deyə məlumatda bildirilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре