https://news.day.az/azerinews/1861135.html Pakistanda terror aktında ölənlərin sayı 31-ə çatdı Pakistanda məscid yaxınlığında törədilən terror aktı nəticəsində ölənlərin sayı 31-ə çatıb. Day.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Hadisə sentyabrın 18-də ölkənin şimal-qərbində yerləşən Kohat şəhərində, polis məntəqəsinin ərazisindəki məscidin yaxınlığında baş verib.

Pakistanda terror aktında ölənlərin sayı 31-ə çatdı

Azərbaycanca, 19 сентября 2026 10:25 (UTC +04:00) 229
Pakistanda terror aktında ölənlərin sayı 31-ə çatdı

Pakistanda məscid yaxınlığında törədilən terror aktı nəticəsində ölənlərin sayı 31-ə çatıb.

Day.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Hadisə sentyabrın 18-də ölkənin şimal-qərbində yerləşən Kohat şəhərində, polis məntəqəsinin ərazisindəki məscidin yaxınlığında baş verib.

Məlumata görə, partlayıcılarla yüklənmiş avtomobil "Police Lines" kompleksinin giriş qapısına çırpılıb və partladılıb. Nəticədə məscidin divarının bir hissəsi uçub, yaxınlıqdakı binalara da ziyan dəyib.

Partlayışdan sonra silahlı şəxslərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında atışma baş verib. Polis əraziyə daxil olan yeddi silahlıdan altısının zərərsizləşdirildiyini bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости