https://news.day.az/azerinews/1861487.html Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək - FOTO "Azərbaycan Dəmir Yolları" (ADY) QSC artan sərnişin tələbatını qarşılamaq üçün 26 və 27 sentyabr tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək. Day.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək - FOTO

Azərbaycanca, 21 сентября 2026 13:39 (UTC +04:00) 169
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC artan sərnişin tələbatını qarşılamaq üçün 26 və 27 sentyabr tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.

Day.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

"Eyni zamanda, bu istiqamətlərə Bakı-Qazax-Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.

Biletləri dəmiryol kassaları, ADY-nin rəsmi saytı və "ADY Mobile" tətbiqindən əldə edə bilərsiniz", - deyə qurumdan əlavə edilib.

Qeyd edək ki, Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarı 18 mart 2023-cü ildən fəaliyyətə başlayıb.

Həmin tarixdən "Azərbaycan Dəmir Yolları" Bakı-Gəncə-Bakı sürətli qatarının marşrutunu Ağstafa stansiyasına qədər uzadıb və bununla Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk dəfə sürətli qatarla sərnişindaşımaya başlanılıb.

  • Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək
  • Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости