https://news.day.az/azerinews/1861489.html Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimi üçün Azərbaycana gəlib - FOTO - VİDEO Özbəkistan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti "Birliyin Gücü - 2026" birgə hərbi təlimində iştirak etmək üçün Azərbaycan Respublikasına gəlib. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimi üçün Azərbaycana gəlib - FOTO - VİDEO

Azərbaycanca, 21 сентября 2026 13:33 (UTC +04:00) 168
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimi üçün Azərbaycana gəlib

Özbəkistan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti "Birliyin Gücü - 2026" birgə hərbi təlimində iştirak etmək üçün Azərbaycan Respublikasına gəlib.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, heyətin Füzuli Beynəlxalq Hava Limanında qarşılanması, təlim ərazisində yerləşdirilməsi, məişət və təminat məsələlərinin həlli üzrə müvafiq işlər yerinə yetirilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə "Birliyin Gücü - 2026" birgə hərbi təlimi keçiriləcək.

Üç mərhələdən ibarət olan təlim Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin ölkəmizə aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim rayonunda təşkil olunacaq.

Məlumatda qeyd olunub ki, şəxsi heyət, döyüş texnikaları, dəniz və aviasiya vasitələrinin, eləcə də pilotsuz uçuş aparatlarının cəlb edilməsi ilə keçiriləcək təlimin əsas məqsədi birgə əməliyyatlara hazırlıq səviyyəsinin artırılması, qoşunların koordinasiyasının və təlim prosedurlarının standartlaşdırılması, eləcə də bölmələrin yeni döyüş imkanlarının təkmilləşdirilməsidir.

Təlimdə iştirak etmək məqsədilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti və aviasiya vasitələri də ölkəmizə gəliblər. Müvafiq plana uyğun olaraq, şəxsi heyətin yerləşdirilməsi və digər təşkilati məsələlərlə bağlı lazımi tədbirlər icra olunub.

  • Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimi üçün Azərbaycana gəlib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости