https://news.day.az/azerinews/1861562.html Rusiya dizellə bağlı ciddi problemlərlə üzləşib - Tramp Rusiya Ukrayna ilə münaqişə fonunda öz dizel sənayesi üzərində nəzarəti itirib. Day.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkə hesabında yazıb.

Rusiya dizellə bağlı ciddi problemlərlə üzləşib - Tramp

Azərbaycanca, 21 сентября 2026 17:40 (UTC +04:00) 175
Rusiya dizellə bağlı ciddi problemlərlə üzləşib

Rusiya Ukrayna ilə münaqişə fonunda öz dizel sənayesi üzərində nəzarəti itirib.

Day.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkə hesabında yazıb.

Trampın sözlərinə görə, dizel yanacağı istehsal edən Rusiyanın xeyli sayda neft emalı zavodu hücumlara məruz qalıb və ən azından müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

"Rusiya, təəssüf ki, Ukrayna ilə müharibə səbəbindən dizel sənayesi üzərində nəzarəti itirib. Ukrayna ilə bu mənasız və sonsuz müharibə başa çatmalıdır. Hər ay 25 min insan, əsasən hərbçilərin həlak olduğu bir vaxtda bütün dünya əziyyət çəkir. Bu nə böyük rüsvayçılıqdır!" - deyə Tramp yazıb.

Xatırladaq ki, sentyabrın ortalarında Donald Tramp Ukrayna lideri Volodimir Zelenskiyə dizel yanacağı istehsalı ilə məşğul olan Rusiya müəssisələrinə zərbələri dayandırmağı təklif etdiyini bildirmişdi.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости