https://news.day.az/azerinews/1861567.html ADY və Hamburq Limanı arasında əməkdaşlığın inkişafına dair protokol imzalanıb - FOTO AZCON Holding şirkətlərindən olan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ilə Hamburq Limanı arasında əməkdaşlığın inkişafına dair protokol imzalanıb. Day.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

ADY və Hamburq Limanı arasında əməkdaşlığın inkişafına dair protokol imzalanıb - FOTO

Azərbaycanca, 21 сентября 2026 17:51 (UTC +04:00) 194
ADY və Hamburq Limanı arasında əməkdaşlığın inkişafına dair protokol imzalanıb

AZCON Holding şirkətlərindən olan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ilə Hamburq Limanı arasında əməkdaşlığın inkişafına dair protokol imzalanıb.

Day.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, Sənəd ADY sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyətinin Almaniyaya səfəri çərçivəsində Hamburq Limanının rəhbərliyi ilə keçirilən görüşün yekununda imzalanıb.

Protokol tərəflər arasında təcrübə mübadiləsinin genişləndirilməsini, birgə təşəbbüslərin həyata keçirilməsini və logistika sahəsində yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsini nəzərdə tutur.

Hamburq Limanının yükdaşımalar üzrə törəmə şirkəti "Metrans"ın nümayəndələrinin də iştirak etdiyi görüşdə Hamburq və Bakı limanları arasında əlaqələrin inkişafı, liman-logistika zəncirinin təkmilləşdirilməsi və Orta Dəhliz üzrə tranzit imkanlarının genişləndirilməsi müzakirə olunub.

Tərəflər multimodal və konteyner daşımalarının artırılması, logistika proseslərinin rəqəmsallaşdırılması, eləcə də dəmir yolu ilə dəniz nəqliyyatının inteqrasiyası üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

Görüşdə Hamburq Limanının liman əməliyyatlarının idarə olunması, logistika mərkəzlərinin fəaliyyəti və rəqəmsal həllərin tətbiqi sahəsində təcrübəsinin paylaşılmasının əhəmiyyəti vurğulanıb.

Qeyd olunub ki, Bakı Limanında müasir texnologiyalardan istifadənin genişləndirilməsi və dəmir yolu-liman əməliyyatlarının koordinasiyasının gücləndirilməsi Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılmasına mühüm töhfə verəcək.

  • ADY və Hamburq Limanı arasında əməkdaşlığın inkişafına dair protokol imzalanıb

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости