https://news.day.az/azerinews/1861578.html İnsan susuz neçə gün yaşaya bilər? Mütəxəssislərin fikrincə, insan su qəbul etmədən adətən 3-5 gün yaşaya bilər. Lakin bu müddət hava temperaturu, fiziki aktivlik, yaş, sağlamlıq vəziyyəti və orqanizmin maye itkisi kimi amillərdən asılı olaraq dəyişir. Day.Az xəbər verir ki, susuzluğun ilkin əlamətləri ağız quruluğu, güclü susuzluq, halsızlıq və sidiyin azalmasıdır.

İnsan susuz neçə gün yaşaya bilər?

Azərbaycanca, 22 сентября 2026 05:32 (UTC +04:00) 224
İnsan susuz neçə gün yaşaya bilər?

Mütəxəssislərin fikrincə, insan su qəbul etmədən adətən 3-5 gün yaşaya bilər. Lakin bu müddət hava temperaturu, fiziki aktivlik, yaş, sağlamlıq vəziyyəti və orqanizmin maye itkisi kimi amillərdən asılı olaraq dəyişir.

Day.Az xəbər verir ki, susuzluğun ilkin əlamətləri ağız quruluğu, güclü susuzluq, halsızlıq və sidiyin azalmasıdır. Maye çatışmazlığı artdıqca başgicəllənmə, ürəkdöyünmə, təzyiqin enməsi və şüur bulanıqlığı yarana bilər.

Xüsusilə isti havada və fiziki fəaliyyət zamanı susuzlaşma daha təhlükəlidir. Uzunmüddətli maye çatışmazlığı böyrəklərin fəaliyyətini poza və həyati təhlükə yarada bilər. Ağır susuzlaşma əlamətləri müşahidə olunan şəxsin təcili tibbi yardım alması vacibdir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости