Telefonun bu funksiyaları fövqəladə vəziyyətdə kömək edə bilər
Müasir smartfonlarda fövqəladə vəziyyət zamanı həyati əhəmiyyət daşıya biləcək təhlükəsizlik funksiyaları var. Android telefonlarında tibbi məlumatları və təcili əlaqə nömrələrini kilid ekranından əlçatan etmək, qəza və fövqəladə hallar barədə xəbərdarlıqları aktivləşdirmək mümkündür.
Day.Az xəbər verir ki, dəstəklənən cihazlarda avtomobil qəzasının aşkarlanması, "Emergency SOS" və mobil şəbəkə olmadıqda peyk vasitəsilə yardım çağırışı funksiyaları da mövcuddur.
Bəzi telefonlarda "Safety Check" funksiyası müəyyən vaxt ərzində istifadəçidən təhlükəsizliyini təsdiqləməyi tələb edir və cavab olmadıqda seçilmiş şəxslərə məlumat göndərə bilir.
iPhone istifadəçiləri "Medical ID", fövqəladə xəbərdarlıqlar, qəza aşkarlanması və "Check In" funksiyalarını əvvəlcədən aktivləşdirə bilərlər. Lakin bu imkanların bir qismi yalnız müəyyən model, ölkə və regionlarda dəstəklənir. Buna görə istifadəçilərə telefonlarının təhlükəsizlik parametrlərini əvvəlcədən yoxlamaq və uyğun funksiyaları aktivləşdirmək tövsiyə olunur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре