https://news.day.az/azerinews/1861919.html Naxçıvanda TIR yanıb - FOTO - VİDEO Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Culfa rayonu ərazisində qoşqulu yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub. Day.Az xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal Culfa Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Naxçıvanda TIR yanıb - FOTO - VİDEO

Azərbaycanca, 23 сентября 2026 10:26 (UTC +04:00) 163
Naxçıvanda TIR yanıb

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Culfa rayonu ərazisində qoşqulu yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Day.Az xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal Culfa Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "Scania" markalı yük avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yük avtomobilinin kabin hissəsi və 1 ədəd qoşqusu yanıb, digər qoşqu yanğından mühafizə olunub.

  • Naxçıvanda TIR yanıb
  • Naxçıvanda TIR yanıb
  • Naxçıvanda TIR yanıb
  • Naxçıvanda TIR yanıb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости