https://news.day.az/azerinews/1861920.html Söyüdlü qızıl yatağında yeni zavod qurulacaq Kəlbəcər rayonunda Söyüdlü (Zod) qızıl yatağı üzrə hasilatın və emal prosesinin qurulacaq və sənaye istismarına başlanılacaq.

Söyüdlü qızıl yatağında yeni zavod qurulacaq

Azərbaycanca, 23 сентября 2026 10:27 (UTC +04:00) 207
Söyüdlü qızıl yatağında yeni zavod qurulacaq

Kəlbəcər rayonunda Söyüdlü (Zod) qızıl yatağı üzrə hasilatın və emal prosesinin qurulacaq və sənaye istismarına başlanılacaq.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramı" da öz əksini tapıb.

Qeyd edilib ki, 2027−2030-ci illər ərzində geotexniki və hidrogeoloji tədqiqat işlərinin aparılması, yatağın mövcud ehtiyatlarının dəqiqləşdirilməsi üzrə qiymətləndirmə hesabatının, maliyyə modelinin hazırlanması, dağ-mədən işlərinin inkişaf planının tərtib edilməsi nəzərdə tutulub.

Daha sonra flotasiya zavodunun və əlaqədar infrastrukturun qurulacaq, zənginləşdirilmiş filiz (flotokonsentrat) istehsalına başlanılacaq və satışının təşkili, habelə yekun investisiya qərarına uyğun olaraq metal emalının təşkili və yatağın tam həcmdə sənaye istismarına başlanılacaq.

Prosesin əsas icraçı qurumu "AzerGold" QSC-dir. Digər içraçı qurum isə Ekologiya və Təbii Sərvətlər Nazirliyidir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости