Azərbaycanda dağ-mədən və metallurgiya sənayesi üçün beynəlxalq standartlara uyğun laboratoriya yaradılacaq
Azərbaycanda dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafı çərçivəsində beynəlxalq standartlara uyğun laboratoriyanın yaradılması nəzərdə tutulur.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.
Dövlət Proqramının tədbirlər planının 8.1.7-ci bəndinə əsasən, dağ-mədən (metal filizləri) və metallurgiya sənayesində beynəlxalq standartlara uyğun laboratoriyanın yaradılması istiqamətində işlər aparılacaq.
Sənədə əsasən, 2027-2030-cu illər ərzində müvafiq sahədə beynəlxalq təcrübə nəzərə alınmaqla laboratoriyanın qurulması istiqamətində mövcud vəziyyət qiymətləndiriləcək və laboratoriyanın yaradılmasına dair Texniki-İqtisadi Əsaslandırma (TİƏ) hazırlanacaq.
Tədbirin icrasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), İqtisadiyyat Nazirliyi, Azərbaycan İnvestisiya və Biznes İnkişafı Agentliyi (AİBNDA) və "AzerGold" QSC iştirak edəcək.
Dövlət Proqramında laboratoriyanın beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsi üçün müvafiq maddi-texniki bazanın yaradılması da nəzərdə tutulur. Bununla yanaşı, yaradılacaq laboratoriyanın akkreditasiyadan keçirilməsi planlaşdırılır.
Sənəddə qeyd olunur ki, laboratoriyanın yaradılması ilə yanaşı, müvafiq sahədə laboratoriya analizlərinin aparılması və xidmətlərin göstərilməsi təmin ediləcək.
Beləliklə, yeni laboratoriyanın dağ-mədən və metallurgiya sənayesində istifadə olunan materialların və metal filizlərinin analizlərinin beynəlxalq standartlara uyğun şəkildə aparılmasına imkan verəcəyi nəzərdə tutulur. Laboratoriyanın fəaliyyətinin həm sənayedə aparılan analizlərin keyfiyyətinin yüksəldilməsinə, həm də müvafiq xidmətlərin daha sistemli şəkildə göstərilməsinə şərait yaratması planlaşdırılır.
Dövlət Proqramında laboratoriyanın yaradılması üzrə tədbirlərin beynəlxalq təcrübə nəzərə alınmaqla həyata keçirilməsi xüsusi olaraq nəzərdə tutulub. Bu məqsədlə ilk mərhələdə mövcud vəziyyətin qiymətləndirilməsi və laboratoriyanın qurulmasının iqtisadi və texniki əsaslarının müəyyənləşdirilməsi, daha sonra isə maddi-texniki bazanın təmin olunması və akkreditasiya prosesinin həyata keçirilməsi planlaşdırılır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре