https://news.day.az/azerinews/1864966.html Sahibə Qafarova IPU-nun 153-cü Assambleyasının açılış mərasimində iştirak edib - FOTO Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyanın Aruşa şəhərində Parlamentlərarası İttifaqın (IPU) 153-cü Assambleyasının açılış mərasimində iştirak edib. Day.Az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sahibə Qafarova IPU-nun 153-cü Assambleyasının açılış mərasimində iştirak edib - FOTO

Azərbaycanca, 6 октября 2026 13:21 (UTC +04:00) 226
Sahibə Qafarova IPU-nun 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyanın Aruşa şəhərində Parlamentlərarası İttifaqın (IPU) 153-cü Assambleyasının açılış mərasimində iştirak edib.

Day.Az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, açılış mərasimində Tanzaniyanın Baş naziri Mviqula Nçemba, parlamentin sədri Mussa Zungu, IPU-nun Prezidenti Tulia Akson və təşkilatın Baş katibi Anda Filip çıxış ediblər.

Çıxışlarda Assambleya çərçivəsində keçiriləcək müzakirələrin aktuallığı barədə fikirlər səsləndirilib.

Tədbirdə müasir beynəlxalq münasibətlər sistemində milli parlamentlər arasında əməkdaşlığın əhəmiyyəti, o cümlədən Parlamentlərarası İttifaqın fəaliyyəti barədə danışılıb.

Qeyd edək ki, IPU-nun 153-cü Assambleyası Tanzaniyanın Aruşa şəhərində keçirilir.

  • Sahibə Qafarova IPU-nun 153-cü Assambleyasının açılış mərasimində iştirak edib
  • Sahibə Qafarova IPU-nun 153-cü Assambleyasının açılış mərasimində iştirak edib
  • Sahibə Qafarova IPU-nun 153-cü Assambleyasının açılış mərasimində iştirak edib
  • Sahibə Qafarova IPU-nun 153-cü Assambleyasının açılış mərasimində iştirak edib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости