https://news.day.az/azerinews/1865031.html ABŞ Çinin nüvə obyektlərində təftişlər apara bilər ABŞ və Çin qarşılıqlı şəkildə bir-birinin nüvə obyektlərində təftişlərin aparılmasına başlanılması imkanını müzakirə etməyə başlayıblar. Day.Az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

ABŞ Çinin nüvə obyektlərində təftişlər apara bilər

Azərbaycanca, 6 октября 2026 16:05 (UTC +04:00) 196
ABŞ Çinin nüvə obyektlərində təftişlər apara bilər

ABŞ və Çin qarşılıqlı şəkildə bir-birinin nüvə obyektlərində təftişlərin aparılmasına başlanılması imkanını müzakirə etməyə başlayıblar.

Day.Az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası qarşıdakı aylarda bu təşəbbüsün irəli aparılması məqsədilə bir sıra görüşlər keçirmək niyyətindədir. Telekanalın həmsöhbətlərindən biri bildirib ki, qarşılıqlı təftişlərin keçirilməsi ideyasını bu il ilk dəfə Çin tərəfi irəli sürüb.

CNN qeyd edib ki, rəsmi şəxslər arasında müzakirələr əsasən BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin görüşləri çərçivəsində aparılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости