https://news.day.az/azerinews/1865251.html Azərbaycan millisi FIFA reytinqində gerilədi Azərbaycan millisi FIFA reytinqində bir pillə geriləyib. Day.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 1138,96 xalla 127-ci pillədə qərarlaşıb. Komanda son dörd oyunun 2-də qalib gəlib, 2-də isə heç-heçə edib. Yığma yoldaşlıq oyununda Tacikistanı 1 cavabsız qolla üstələyib.

Azərbaycan millisi FIFA reytinqində gerilədi

Azərbaycanca, 7 октября 2026 15:03 (UTC +04:00) 158
Azərbaycan millisi FIFA reytinqində gerilədi

Azərbaycan millisi FIFA reytinqində bir pillə geriləyib.

Day.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 1138,96 xalla 127-ci pillədə qərarlaşıb.

Komanda son dörd oyunun 2-də qalib gəlib, 2-də isə heç-heçə edib. Yığma yoldaşlıq oyununda Tacikistanı 1 cavabsız qolla üstələyib. UEFA Millətlər Liqasında səfərdə Litva ilə heç-heçə (1:1) edən kollektiv Bakıda Lixtenşteynlə qolsuz bərabərə qalıb. Milli son olaraq Litvaya Bakıda qalib gəlib - 1:0.

Xatırladaq ki, FIFA reytinqində İspaniya 2011,57 xalla liderdir. Argentina (1972,80) ikinci, Fransa (1958,86) üçüncü sıradadır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости