"Bozbash pictures"in Şirini:

Day.Az представляет новость на азербайджанском языке

Aktyor Nicat Rəhimov və aparıcı İlkin Həsəni tədbirlərin birində fotokamera qarşısına keçərək şəkillər çəkdiriblər. 

Axşam.az-a açıqlama verən N.Rəhimov yaxın günlərdə "Bozbash pictures"in yenidən efirə gedəcəyini bildirib:

"Yeni serialımız başlayır. Yeni formatda olacaq. Çox maraqlı ideyamız var".

Bir müddət əvvəl nişanlanmasını açıqlayan N.Rəhimov toyundan bəhs edib:

"Toyumun dəqiq vaxtını hələ bilmirəm. Olanda gizlətməyəcəm, hamıya açıqlama verəcəm. Mən də tezliklə ailə qurmaq istəyirəm. Özü də toyum mediaya açıq olacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.